Premyer Liqa: “Səbail”dən “Sabah” üzərində inamlı qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Bayılda baş tutub.

Burada “Səbail” və “Sabah” komandaları üz-üz gəliblər. Qeyri-sabit çıxış edən və eyni xala malik komandaların görüşünə maraq böyük idi. Altı xallıq oyundan qalib ayrılacaq tərəf bir neçə pillə irəliləyə bilərdi.

“Səbail” və “Sabah” bu günə qədər 21 oyunda üz-üzə gəlmişdilər. Əvvəlki oyunlarda “dənizçilər” 6, “bayquşlar” 10 qələbə qazanmışdılarsa, 5 heç-heçə qeydə alınmışdı. Son 4 görüşdə ən azı 3 qol vurulmuşdu. “Səbail” son 2 ev görüşündə uduzmamışdı.

Elə bu görüş də “Səbail” üçün uğurlu alınıb. Meydan sahibləri minimal hesabla qalib gələrək xallarının sayını 34-ə çatdırıblar və 4-cü pilləyə yüksəliblər.

Premyer Liqa
24-cü tur
24 fevral

“Səbail” – “Sabah” 2:0
Qollar: Aleksandr Ramalinqom, 52. Samir Abdullayev, 90+2.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov.
“Bayıl Arena”, 17:30.

Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silven Deslandes, 21. Anas Najah, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 77. Ayub Masika, 7. Madi Keta, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.

Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 6. Abdulla Xaybulayev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 27. Jarl Marqarita.
Məşqçi: Ruslan Qafitullin.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: