Qvardiola: “Liverpul”la “Arsenal”ı dayandırmaq mümkünsüzdür”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqa çempionluğu uğrunda mübarizədə rəqiblər haqda fikirlərini paylaşıb.

Arena.az “Manchester Evening News” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Rəqiblərimizin necə yaxşı oynadığını bilirəm, hətta “Aston Villa” da. “Liverpul” və “Arsenal” isə hər oyunda üç, dörd, beş qol vururlar, buna görə də onları dayandırmaq demək olar ki, mümkün deyil. Amma biz hələ də oyunun içindəyik. Gəlin görək, qələbə qazanmağa davam etmək üçün təkmilləşə bilərik, ya yox”, deyə Qvardiola strateji mövqedən danışıb.

Xatırladaq ki, hazırda İngiltərə Premyer Liqasının yarış cədvəlinə 26 oyundan 60 xalla “Liverpul” başçılıq edir. “Mançester Siti” 59 xalla 2-ci, “Arsenal” 58 xalla 3-cü pillədədir.

52 xalla 4-cü olan “Aston Villa” isə görünür çempionluq yürüşündən geri düşüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: