Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 24-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Frayburq” doğma meydanda son çempion “Bayern”lə üz-üzə gəlib. Cari mövsümdə qeyri-sabit çıxışı ilə seçilən Münhen təmsilçisi bu oyundan da xal itkisi ilə ayrılıb. Belə ki, dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.
24-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
24-cü tur
1 mart
Frayburq – Bayern 2:2
Qollar: Günter, 12. Holer, 87 – Tel, 35. Musiala, 75.
2 mart
18:30. Boxum – Leypsiq
18:30. Darmştadt – Auqsburq
18:30. Haydenhaym – Ayntraxt
18:30. Maynts – Borussiya (Mönxenqladbax)
18:30. Union Berlin – Borussiya (Dortmund)
18:30. Volfsburq – Ştutqart
3 mart
18:30. Köln – Bayer
20:30. Hoffenhaym – Verder


