Azərbaycan boksçusu Tayfur Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.
Arena.az xəbər verir ki, 63,5 kq çəkidə rinqə çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 finalda Matias Amaya Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb.
Tayfur Əliyev rəqibinə 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı ilə qalib gəlib. Boksçumuz növbəti döyüşündə yaponiyalı Şion Nişiyama ilə döyüşəcək. Görüş martın 7-də baş tutacaq.
Əliyevə qədər Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da 1/16 finala yüksəlmişdilər.
Xatırladaq ki, Azərbaycan yığması yarışa 9 boksçu ilə yollanıb.


