Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/16 finalda Aleksandr Trofimçuku (Litva) məğlub edib.
Sərxan Əliyev 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq.
Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin altıncı günündə Azərbaycan millisinin daha 3 boksçusu rinqə çıxacaq.


