Polşalı məşqçi Rahil Məmmədovu təriflədi

Polşanın “Varta” komandasının baş məşqçisi David Şulçek bu ölkənin digər təmsilçisi LKS-də çıxış edən Rahil Məmmədovu tərifləyib.

Arena.az xəbər verir ki, “Varta” ölkə çempionatının 24-cü turu çərçivəsində bu gün məhz LKS ilə qarşılaşacaq.

Bu oyundan öncə baş tutan mətbuat konfransında rəqib komanda barədə danışan Şulçek Lodz klubunun azərbaycanlı futbolçunu da fərqləndirib, Rahil Məmmədovu LKS-in ən güclü oyunçularından biri adlandırıb: “LKS qış fasiləsindən sonra daha yaxşı oynayır. Buna transferlər təsir edir. Rahil Məmmədov, Hüseyn Baliç kimi futbolçular mövsümün əvvəlindən Lodz klubunda çıxış etsəydilər, yəqin ki, xalların sayı 13-dən çox olardı”.

Qeyd edək ki, bu gün keçiriləcək “Varta” – LKS matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Hazırda LKS 13 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: