Yurgen Klopp: “Liverpul” sərt, zəhlətökən tilişkədir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının cari mövsümündəki çempionluq uğrunda kəskin rəqabətdən danışıb.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, alman mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Biz – sizlərin qurtula bilməyəcəyiniz sərt, zəhlətökən bir tilişkəyik. Əslində bu, bizim məfkurəmizdir. Bizim vəziyyətimizdə başqa komandalardan sadəcə qaça bilmərik.

“Arsenal” hazırda inanılmaz formadadır. Gördüyüm son beş-altı oyun əla idi və onlar demək olar ki, eyni heyətlə oynadılar. Onlarda Martinelli sıradan çıxıb, amma Trossard var ki, bu da çox yaxşıdır.

Biz sadəcə olaraq cədvəlin zirvəsində olmaq üçün mübarizə aparmalıyıq”, deyə Yurgen Klopp vurğulayıb.

Xatırladaq ki, hazırda Premyer Liqanın yarış cədvəlində ikitirəlilik höm sürür. 28 oyundan 64 xalla “Arsenal” və “Liverpul” şərikli liderliyi sürürdürürlər. “Mançester Siti” isə 63 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: