Bu il Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) final mərhələsinə vəsiqə uğrunda pley-offun yarımfinal oyunları keçirilib.
Arena.az xəbər verir ki, finala vəsiqə uğrunda altı belə qarşılaşma baş tutub.
A Liqasında Polşa Estoniyanı, Uels Finlandiyanı, B Liqasında Ukrayna Bosniya və Herseqovinanı, İslandiya İsraili, C Liqasında Gürcüstan Lüksemburqu, Yunanıstan Qazaxıstanı məğlub edərək finala yüksəliblər.
Yeri gəlmişkən qeyd edək ki, Gürcüstan yığmasının heyətində yer alan “Qarabağ”ın qapıçsısı Luka Quqeşaşvili Lüksemburqla görüşdə sonadək ehtiyatda qalıb.
Pley-off mərhələsinin oyunlarında qeydə alınmış nəticələri təqdim edirik:
AÇ-2024-ün pley-off mərhələsi
21 mart
A Liqası
Polşa – Estoniya 5:1
Qollar: Frankovski, 22. Zelinski, 50. Pyotrovski, 70. Mets, 74-öz qapısına. Şumanski, 76 – Vetkal, 78.
Uels – Finlandiya 4:1
Qollar: Bruks, 3. Uilyams, 38. Conson, 47. Ceyms, 86 – Pukki, 45.
B Liqası
Bosniya və Herseqovina – Ukrayna 1:2
Qollar: Matvienko, 57-öz qapısına – Yaremçuk, 85. Dovbik, 88.
İsrail – İslandiya 1:4
Qollar: Zahavi, 31-pen – Qudmundsson, 39; 83; 87. Traustason, 42.
C Liqası
Gürcüstan – Lüksemburq 2:0
Qollar: Zivzivadze, 41; 64.
Yunanıstan – Qazaxıstan 5:0
Qollar: Bakasetas, 9-pen. Pelkas, 15, İonnidis, 37. Kurbelis, 40. Tapalov, 87-öz qapısına.
Bu nəticələrə əsasən, pley-offun finalçıları da müəyyənləşib. Belə ki, final görüşlərində Polşa Uelslə, Ukrayna İslandiya ilə, Gürcüstan isə Yunanıstanla üz-üzə gələcək. Qarşılaşmalar martın 26-da keçiriləcək. Qələbə qazanan yığma komandalar AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.
Finalın cütlükləri
A Liqası
Uels – Polşa
B Liqası
Ukrayna – İslandiya
C Liqası
Gürcüstan – Yunanıstan


