AFFA-nın Konfransı keçiriləcək: Gündəlikdə 6 məsələ var

Sabah – aprelin 2-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hesabat-Seçki Konfransı keçiriləcək.

Arena.az xəbər verir ki, artıq Hesabat-Seçki Konfransının gündəliyi də bəlli olub.

Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək toplantının gündəliyinə 6 məsələ daxildir. Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidir.

AFFA-nın Hesabat-Seçki Konfransının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

  1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
  2. Konfransın tərkibinin yoxlanılması
  3. AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi
  4. Maliyyə Hesabatları
  5. Müstəqil auditorun hesabatı
  6. AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: