“Havr”ın prezidenti Jan-Mişel Russye PSJ-ni Fransa Liqa 1-in 28-ci turunun “Klermon”la oyununa (1:1) çıxardığı heyətə görə tənqid edib.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, parislilərin meydana yarıehtiyat heyətlə çıxması funksionerin xoşuna gəlməyib:
“Bu, Fransa çempionatına tamamilə hörmətsizlikdir, əlavə ediləcək heç nə yoxdur. Mən sadəcə olaraq “Mançester Siti” və “Arsenal”ın son oyunlardakı heyətlərini müqayisə edirəm, bu iki klub Çempionlar Liqasında çərşənbə axşamı, PSJ isə çərşənbə günü oynayır… Heyətlərə baxın, İngiltərə çempionatının niyə iqtisadi cəhətdən uğurlu olduğunu, Çempionlar Liqasını kifayət qədər müntəzəm olaraq qazandığını anlayacaqsınız… Bu sualı özümüzə versək, cavabımız var”, deyə “Havr”ın prezidenti bildirib.
PSJ 28 oyundan 63 xalla Fransa Liqa 1-in yarış cədvəlinə başçılıq edir.


