Rahil Məmmədov “Krakoviya”ya qarşı 90 dəqiqə oynadı – Video

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 27-ci turu çərçivəsində baş tutmuş “Krakoviya” ilə oyunun iştirakçısı olub.

LKS səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. Lodz təmsilçisi 73-cü və 86-cı dəqiqələrdə vurduğu qollarla məğlubiyyətdən xilas olmağı bacarıb.

Bu, uğursuz mövsüm keçirən sözügedən komandanın cari mövsümdəki 6-cı heç-heçəsidir. Lodz klubu bu mövsüm 4 qələbə qazanıb, 6 heç-heçə edib və 17 oyunda məğlub olub.

Rahil “Krakoviya” ilə oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb.

LKS 27 matçdan sonra 18 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 9 rəsmi oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: