Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 31-ci turu çərçivəsində baş tutmuş “Şlask”la oyunun iştirakçısı olub.
LKS doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Bu, uğursuz mövsüm keçirən sözügedən komandanın cari mövsümdəki 20-ci məğlubiyyətidir. Lodz klubu bu mövsüm 5 qələbə qazanıb, 6 heç-heçə edib və 20 məğlubiyyətə üzülüb.
Rahil bu oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb.
LKS 31 matçdan sonra 21 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 13 rəsmi oyuna çıxıb.


