Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 2023/2024 mövsümünün sonuncu – 34-cü turu çərçivəsində baş tutmuş “Stal”la oyunun iştirakçısı olub.
LKS doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Bu, uğursuz mövsüm keçirən sözügedən komandanın cari mövsümdəki 6-cı qələbəsidir. Lodz klubu artıq geridə qalmış mövsümdə 6 qələbə qazanıb, 6 heç-heçə edib və 22 məğlubiyyətə üzülüb.
Rahil mövsümün sonuncu oyununa start heyətində başlayıb və sonadək mübarizə aparıb. O, 79-cu dəqiqədə sarı vərəqə də alıb.
LKS 34 oyunda topladığı 24 xalla 18 iştirakçı arasında sonuncu pilləni tutub və elitanı tərk edib.
Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 16 rəsmi oyuna çıxıb.


