U-19: Millimizdə “Zirə”nin futbolçusunu komanda yoldaşı əvəzlədi

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) heyətində dəyişiklik edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Qeyd olunur ki, “Zirə”nin oyunçusu Rəvan Qaraəhmədli zədələndiyi üçün kollektivə qoşulmayıb. Onun yerinə komanda yoldaşı Yusif Hacıyev milliyə dəvət olunub.

Qeyd edək ki, U-19 yığmamız bu gündən iyunun 2-nə qədər Bakıda təlim-məşq toplanışı keçəcək. Komandamız bu toplanışın ardından yoldaşlıq turniri üçün Moldovaya yollanacaq. Millimiz iyunun 4-də Qazaxıstan, 7-də Türkiyə, 10-da isə meydan sahibləri ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: