AÇ-2024-də ilk heç-heçə

Sloveniya və Danimarka yığmaları Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) ilk oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.

Üçüncü oyun gününün ikinci görüşü C qrupu çərçivəsində Sloveniya və Danimarka yığmaları arasında baş tutub. Qarşılaşmada hesabı danimarkalılar açıblar. Lakin ruhdan düşməyən Sloveniya yığması ikinci hissədə məğlubiyyətdən xilas ola biliblər. Oyunda başqa qol qeydə alınmayıb və matç heç-heçə yekunlaşıb.

Qeyd edək ki, bu, Almaniyadakı Avropa çempionatında ilk heç-heçədir. Daha öncə keçirilmiş altı qarşılaşmanın heç birində “sülh” qeydə alınmamışdı.

Xatırladaq ki, C qrupunun digər görüşü bu gün Serbiya və İngiltərə yığmaları arasında baş tutacaq. Gelzenkirxendə keçiriləcək görüşün start fiti saat 23:00-da səslənəcək.

AÇ-2024
C qrupu
16 iyun

Sloveniya – Danimarka 1:1
Qollar: Erik Yanja, 77 – Kristian Eriksen, 17.
Baş hakim: Sandro Şerer (İsveçrə).
Ştutqart, “MHP Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: