Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek AÇ-2024-ün 1-ci turunda Danimarka yığması ilə heç-heçəni (1:1) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, sloven mütəxəsssin bu barədə fikirlərini təqdim edir:
“Biz çox fərqli iki hissə gördük. Hesab edirəm ki, nəticə ədalətlidir. Birinci hissədə onlara həddən artıq hörmət göstərdik, amma sonra qucaq açdıq və daha yaxşı oynadıq. Çox yaxşı komandaya qarşı idik, amma qol buraxdığımız məqamda sadəlövh oynadıq.
Azarkeşlər bizə inanılmaz dəstək verirlər. Çox gülər üzlər görürəm. Hətta rəqib azarkeşlər də hörmət nümayiş etdirirlər. Bütün bunları görməkdən və hər kəsə təşəkkürümü bildirməkdən məmnunam”, deyə Matyaj Kek vurğulayıb.
1-ci turdan sonra Danimarka və Sloveniya yığmaları “C” qrupunda 1 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. İngiltərə yığması 3 xalla qrupa başçılıq edir. Serbiya yığması isə xalsızdır və qrupda sonuncu, 4-cü yerdə qərərlaşıb.


