Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Serbiya yığması ilə oyunu (1:1) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, sloven mütəxəssisin bu barədə fikirlərini təqidm edir:
“Biz Avropa çempionatına layiq olduğumuzu göstərdik. Futbol qəddar ola bilər, amma bu komandanın mükafatlanacağına əminəm. Cəsarətlə oynadıq, azarkeşlər isə bizi əla dəstəklədilər. Bu oyun Sloveniyanın idman tarixinə düşəcək.
Serblərin “standartlar”da təhlükəli olduğunu bilirdik. Ola bilsin ki, diqqətimizi itirdik, amma mən yenə də ürəklə oynayan və bütün gücünü verən uşaqlarımla fəxr edirəm. Qarşıda, qrupda son oyun durur. İngilislər açıq-aydın favoritlərdir, amma danimarkalılar və serblər də belə idilər. Ona görə də başımızı qaldırmalı və bu oyuna düzgün hazırlaşmalıyıq”, deyə Kek vurğulayıb.
2-ci turdan sonra “C” qrupunun yarış cədvəli belə mənzərə yaradır:
- İngiltərə – 4 xal
- Danimarka – 2 xal
- Sloveniya – 2 xal
- Serbiya – 1 xal


