Sloveniyalı futbol mütəxəssisi Luka Elsner “Havr”dan ayrılaraq Liqa 1-in digər təmsilçisi “Reyms”in baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
41 yaşlı Elsner “Reyms”lə 2 illik müqaviləyə imza ayıb. O, sözügedən komandanın baş məşqçisi postunda Uill Stilli əvəzləyib. Hansı ki, Still də Liqa 1-in digər təmsilçisi “Lans”ın sükanı arxasına keçib.
Luka Elsner 2022-ci ilin iyun ayından “Havr”a rəhbərlik edirdi. O, bu komandanı 76 oyuna çıxarıb, 29 qələbə, 26 heç-heçə və 21 məğlubiyyət görüb.
Elsner daha öncə “Domjale”, “Olimpiya” (Lyublyana), “Pafos”, “Yunion”, “Amyen”, “Kortreyk”, “Standard” (Lyej) kimi klublarda ba məşqçi kimi çalışıb.
Xatırladaq ki, “Havr” geridə qalmış 2023/2024 mövsümündə Liqa 1-də 32 xalla 15-ci yeri tutub. “Reyms” isə 47 xalla 9-cu olub.


