Milli komandamız “Kəpəz”ə məğlub oldu

Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Birinci Divizion təmsilçisi “Kəpəz”lə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.

Gəncədə reallaşan oyunda “sarı-göylər”in qələbə qoluna ikinci hissənin əvvəlində Novruz Məmmədov imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: