“Sabah” “Çukariçki”yə qol vura bilmədi

Yeni mövsümə Sloveniyada hazırlaşan “Sabah” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, Bakı təmsilçisi Serbiyanın “Çukariçki” komandası ilə qarşılaşıb.

“Bayquşlar” bu oyuna aşağıdakı heyətlə çıxıb: 1. Yusif İmanov, 44. Sofian Çakla, 3. Con İrasabal, 7. Boyan Letiç, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 13. İvan Lepinitsa, 10. Namiq Ələsgərov, 28. Kahim Parris, 70. Jesse Sekidika, 11. İshak Belfodil.

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 22. Abdulla Rzayev, 6. Abdulla Xaybulayev, 33. Camal Cəfərov, 99. Neqoş Kupusoviç, 77. Şakir Seyidov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 20. Coy Lens Mikels, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev.

“Sports park Radomlye”də keçirilən görüşdə hesab açılmayıb – 0:0.

Xatırladaq ki, “Sabah” Sloveniyadakı ilk yoxlama görüşündə yerli “Koper” komandasına 1:0 hesabı ilə qalib gəlmişdi.

“Bayquşlar” Sloveniyada daha 2 yoxlama oyunu keçirəcəklər. Komanda iyulun 13-də Ukraynanın “Krivbass”, 17-də isə Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi iyulun 18-də Bakıya qayıdacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: