Teymurla Şəhriyarı 1/4 finala buraxmadılar

Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsinin üçüncü oyun günündə son görüşünlərini keçirib.

Arena.az xəbər verir ki, Teymur 15-ci turda rusiyalı Sergey Karyakinlə qarşılaşmada uduzaraq 1/4 finala çıxmaq şansını itirib.

Şəhriyar isə son partiyada ABŞ-dan olan Uesli So ilə 14-cü gedişdə heç-heçəyə razılaşıb.

Beləliklə, Rəcəbov turniri 7 xalla 11-ci, Məmmədyarov isə 6,5 xalla 12-ci sırada başa vurub.

15 turdan sonra Maqnus Karlsen (Norveç), Aniş Giri (Niderland), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Yan Nepomnyaşi (Rusiya), Alireza Firuzca (FIDE), Maksim Vaşye-Laqrav (Fransa) və Levon Aronyan (Ermənistan) 1/4 finala vəsiqə qazanıblar. Bu raundun görüşləri 16-17 martda keçiriləcək.

11-ci tur
Şəhriyar Məmmədyarov – Yan Nepomnyaşi (Rusiya) – 0:1
David Anton (İspaniya) – Teymur Rəcəbov – 0:1

12-ci tur
Sergey Karyakin (Rusiya) – Şəhriyar Məmmədyarov – 0:1
Teymur Rəcəbov – Nils Qrandelius (İsveç) – 0,5:0,5

13-cü tur
Şəhriyar Məmmədyarov – Teymur Rəcəbov – 0,5:0,5

14-cü tur
Alan Piçot (Argentina) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Teymur Rəcəbov – Yan Nepomnyaşi (Rusiya) – 0,5:0,5

15-ci tur
Şəhriyar Məmmədyarov – Uesli So (ABŞ) – 0,5:0,5
Sergey Karyakin (Rusiya) – Teymur Rəcəbov – 1:0

Xəbəri sosial şəbəkələrdə paylaş: