Loran Blan “Əl-İttihad”da – Rəsmi

Futbol üzrə Fransa milli komandasının sabiq baş məşqçisi Loran Blan bundan sonra Səudiyyə Ərəbistanında çalışacaq.

Arena.az xəbər verir ki, 58 yaşlı mütəxəssis “Əl-İttihad” komandasına baş məşqçi təyin olunub.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Onunla 2+1 illik müqavilə imzalanıb.

Fransalı mütəxəssis bu postda bir müddət öncə istefaya göndərilmiş Marselo Qalyardonu əvəz edib. Hansı ki, o, bu klubun Fransadan olan ulduz futbolçusu Kərim Benzema ilə yola getmirdi. Klub rəhbərliyi də məhz bu səbəbdən Benzemanı yox, baş məşqçini postundan uzaqlaşdırmağa qərar verib.

Xatırladaq ki, Loran Blan 2023-cü ilin sentyabr ayından işsiz idi. Onun sonuncu iş yeri Fransanın “Olimpik” (Lion) komandası olub. Blan 2022-ci ilin oktyabr ayında bu komandanın baş məşqçisi təyin edilmişdi. Buna qədər fransız çalışdırıcı Fransa yığmasını, həmçinin PSJ, “Bordo” və Qətərin “Ər-Rayyan” komandalarını çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: