Aquero “Qızıl top”u bu oyunçunun qazanmasını istəyir

“Mançester Siti”nin və Argentina yığmasının sabiq hücumçusu Serxio Aquero 2024-cü ildə “Qızıl top”a əsas namizədlərin adını açıqlayıb.

Arena.az Aqueronun bu barədə fikirlərini təqdim edir:

“Vinisius Junior Amerika Kubokunda uğursuz olmadı – Braziliya millisində sadəcə çətin dövrlərdir. “Vinni” inanılmaz bir mövsüm keçirib. O, Kilian Mbappedən yaxşı idi. Mən onun Kiliandan daha yaxşı olduğunu demirəm, amma bu mövsüm daha yaxşı çıxış edib. Bəli, Mbappenin daha kamil oyunçu olduğunu düşünürəm, amma rəqib alçaq sədlə müdafiə olunanda fransalı futbolçu üçün iş çətinləşir. Bu baxımdan Vinisius daha bacarıqlıdır.

“Real”ın uğurunda Cud Bellingem də mühüm rol oynayıb. Mən bu oyunçunu bəyənirəm. “Qızıl top”u onun qazanmasına üstünlük verərdim, amma Vinisius daha yaxşı mövsüm keçirib”, deyə Aquero vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: