Qriqorçuk: “Şeydayev komandamız üçün əla transferdir”

“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Ramil Şeydayevin paytaxt klubuna transfer olunmasına münasibət bildirib.

Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bu keçidin komanda üçün əla transfer olduğunu deyib:

“Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”, deyə Qriqorçuk bildirib.

Xatırladaq ki, sonuncu iş yeri Türkiyənin “Kocaelispor” klubu olmuş Ramil Şeydayev “Neftçi” ilə 3 illik sözləşməyə imza atıb. O, yeni komandasında 90 nömrəli formanı geyinəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: