Azərbaycan millisi FİFA reytinqində yenə 111-ci oldu

Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanmış növbəti, iyul ayının FIFA reytinqində əvvəlki mövqeyini qoruyub.

Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Millimizin mövqeyində ötən ayla müqayisədə dəyişiklik olmayıb. Azərbaycan yığması yenə 111-ci sıradadır. Hazırda Azərbaycan millisi 1179.88 xala malikdir.

Komandamızın UEFA Millətlər Liqasındakı rəqiblərindən İsveç (1522,19) 29-cu, Slovakiya (1479,07) 44-cü, Estoniya (1146,47) 123-cüdür.

Xatırladaq ki, Azərbaycan millisi son olaraq ötən ay Albaniya yığmasına 1:3 hesabıyla məğlub olub, Qazaxıstana isə 3:2 hesabıyla qalib gəlib.

FİFA reytinqinə yenə Argentina yığması liderlik edir. Sonuncu dünya çempionunun hesabında 1901,48 xal var. Fransa (1854,91) ikinci, İspaniya (1835,67) isə üçüncü pillədə qərarlaşıb. İngiltərə (1812,26) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1785,61) beşinci pilləyə düşüb.

Türkiyə millisi yeni siyahıda 16 pillə geriləyib. Qardaş ölkə yığması hazırda 1533,6 xalla 26-cı sırada qərarlaşıb.

FİFA reytinqininin ilk 30 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. Argentina – 1901,48
  2. Fransa – 1854,91
  3. İspaniya – 1835,67
  4. İngiltərə – 1812,26
  5. Braziliya – 1785,61
  6. Belçika – 1772,44
  7. Niderland – 1758,51
  8. Portuqaliya – 1741,43
  9. Kolumbiya – 1727,32
  10. İtaliya – 1714,29
  11. Uruqvay – 1713,15
  12. Xorvatiya – 1701,31
  13. Almaniya – 1686,02
  14. Mərakeş – 1669,44
  15. İsveçrə – 1617,24
  16. ABŞ – 1641,75
  17. Meksika – 1635,11
  18. Yaponiya – 1628,81
  19. Seneqal 1623,34
  20. İran – 1611.16
  21. Danimarka – 1607,52
  22. Avstriya – 1591,56
  23. Cənubi Koreya – 1572,87
  24. Avstraliya – 1571,29
  25. Ukrayna – 1567,25
  26. Türkiyə – 1533,6
  27. Ekvador – 1530,44
  28. Polşa – 15233,53
  29. İsveç – 1522,19
  30. Uels – 1521,4
Xəbəri sosial şəbəkələrdə paylaş: