Asim Xudiyev “Sürix” – “Şelburn” matçına təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev futbol üzrə Avropa Konfrans Liqasının oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, o, bu turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sürix” (İsveçrə) – “Şelburn” (İrlandiya) matçında iş başında olacaq.

Asim Xudiyev bu görüşün hakim-inspektoru təyin olunub. Həmyerlimiz Kosovodan olan hakimlərin işinə qiymət verəcək. Belə ki, bu matçı kosovolu Visar Kastrati idarə edəcək.

Qeyd edək ki, bu, Xudiyevin 2024/2025-ci illər mövsümündə UEFA-dan aldığı ikinci təyinatıdır.

Xatırladaq ki, “Sürix” ilə “Şelburn” arasındakı ilk oyun iyulun 25-də Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu komandalar arasındakı cavab görüşü isə avqustun 1-də İrlandiyada baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: