Malik Həsənov Paris-2024-lə erkən vidalaşdı

Azərbaycan boksçusu Malik Həsənov Fransada təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) mübarizəyə qoşulub.

Arena.az xəbər verir ki, 63,5 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü bu gün ilk döyüşünə çıxıb.

Boksçumuz 1/8 finalda Laşa Quruli (Almaniya) ilə qarşılaşıb. Döyüş millimizin üzvü üçün uğurlu alınmayıb. Malik Həsənov 0:5 (27:30, 27:30, 28:29, 27:30, 28:29) hesabı ilə məğlub olaraq Olimpiada ilə erkən vidalaşıb.

Xatırladaq ki, boks yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb. Alfonso Dominqes artıq 1/4 finala adlayıbsa, Məhəmməd Abdullayev Malik kimi ilk döyüşündəcə uduzaraq mübarizəni dayandırıb. Digər iki boksçumuz isə ilk döyüşünü gözləyir.

Azərbaycan millisi Fransaya bütövlükdə 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: