Paris-2024: Murad Allahverdiyev 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Murad Allahverdiyev Fransada təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) mübarizəyə qoşulub.

Arena.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü bu gün ilk döyüşünə çıxıb.

Boksçumuz 1/8 finalda Misirdən olan Abdelrahman Abdelqavvadla döyüşüb. Murad Allahverdiyev bu rəqibinə 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Allahverdiyevin 1/4 final görüşü avqustun 2-də olacaq. O, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.

Xatırladaq ki, boks yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb. Onlardan Alfonso Dominqes də ilk döyüşünü qalib başa vuraraq 1/4 finala adlayıb. Məhəmməd Abdullayev, Malik Həsənov və Nicat Hüseynov isə ilk döyüşündəcə uduzaraq mübarizəni dayandırıb.

Azərbaycan millisi Fransaya bütövlükdə 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: