“Sabah” və “Zirə”nin avrokubok oyunlarının başlama saatı açıqlandı

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan “Sabah” və “Zirə”nin növbəti oyunlarının başlama saatları açıqlanıb.

Arena.az xatırladır ki, “bayquşlar” növbəti mərhələdə İrlandiyanın “Sent-Patriks Atletik”, “qartallar” isə Xorvatiyanın “Osiyek” kollektivi ilə üz-üzə gələcəklər.

UEFA-nın rəsmi saytının açıqladığı məlumata görə, “Sabah”ın “Sent-Patriks Atletik”lə ilk matçı avqustun 8-də İrlandiyada baş tutacaq. Bu oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Bir həftə sonra “Masazır Arena”da rellaşacaq cavab qarşılaşması isə 20:00-da başlayacaq.

“Zirə” də “Osiyek”lə ilk oyununa səfərdə çıxacaq. Xorvatiyadakı görüşün başlama saatı Bakı vaxtı ilə 22:00-a təyin olunub. Avqustun 15-də “Dalğa Arena”da keçiriləcək cavab matçının start fiti isə 20:30-da səslənəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: