Ukrayna millisinin və “Zarya”nın mərkəz müdafiəçisi Arseni Bataqov bundan sonra “Trabzonspor”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Trabzon təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Super Liqa klubu bu transfer üçün Ukrayna təmsilçisinə 1,8 milyon avro ödəyib. 22 yaşlı ukraynalı futbolçu yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Arseni Bataqov “Dnepr” klubunun yetirməsidir. “Polesye”də də oynamış futbolçu, 2020-ci ilin yayından formasını geyindiyi “Zarya”da 63 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Bataqov Ukraynanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Gənc futbolçu hələ əsas millidə debüt şansı qazanmayıb.


