“Zirə” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Xorvatiya təmsilçisi “Osiyek”lə qarşılaşacaq.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı cavab görüşü Mərdəkanda baş tutacaq.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda səfərdən sərfəli nəticə ilə dönməyi bacarıb. İndi qalır doğma meydanda baş tutacaq cavab görüşündə lazım olan qələbəni qazanmaq. Zirənin eyniadlı klubuna tarixində ilk dəfə avrokubokların pley-offuna vəsiqə qazanmaq üçün minimalhesablı qələbə də bəs edəcək.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
15 avqust
20:30. “Zirə” – “Osiyek”
Hakimlər: Yulian Veinberger, Maksimilian Kolbitş, Andreas Vitsçniqq, Stefan Ebner.
VAR hakimləri: Valter Altmann, Andreas Heyss (hamısı Avstriya).
Mərdəkan. “Dalğa Arena”.
İlk oyun – 1:1.
Zirə: 97. Tyaqo Silva, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 4. Ruan Renato, 32. Qismət Alıyev (k), 6. Eldar Quliyev, 8. İsmayıl İbrahimli, 15. Pyer Zebli, 18. Martins Junior, 23. Rafael Utziq, 90. Davit Volkov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 5. Stefan Akka, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 19. Salifu Suma, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Osiyek: 1. Nikola Çalvina, 36. Nail Ömeroviç, 26. Luka Yeleniç, 14. Marko Soldo, 22. Roko Yurişiç, 66. Petar Pusic, 6. Darko Neyaşmiç, 7. Vedran Yuqoviç (k), 39. Domaqoy Bukviç, 9. Kemal Ademi, 34. Anton Matkoviç
Ehtiyat oyunçular: 15. Tin Sayko, 31. Marko Malenika, 4. Kreşimir Vrbanaç, 10. Pedro Lima, 11. Risenio Keval, 18. Niko Farkaş, 43. Dominik Babiç, 46. İvan Bariç, 49. İvano Kolarik, 55. İvan Kviyanoviç, 98. Şimun Mikolçiç.
Baş məşqçi: Federiko Koppitelli.


