Fərid Yusifli “Neftçi”yə lazım olmadı

Premyer Liqada 2024/2025 mövsümünə uğursuz başlamış “Neftçi”nin yarımmüdafiəçisi Fərid Yusifli paytaxt klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

22 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Fərid Yusifli “Neftçi”nin öz yetirməsidir. O, “ağ-qaralar”ın əsas komandasının heyətində son 4 mövsümdə ümumilikdə 38 oyun keçirib. Fərid bu ilin ilk yarısını, 2023/2024 mövsümünün ikinci dövrəsini icarə əsasında “Turan Tovuz”da keçirib – 10 oyun.

Fərid Yusiflinin karyerasını harada davam etdirəcəyi hələ dəqiq bilinmir.

Xatırladaq ki, “Neftçi” bu yay Ömər Buludov, Rüfət Abbasov, Turan Vəlizadə, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov, Ataa Caber, İvan Brkiç və Dieqo Valdeslə də yollarını ayırmışdı. Yeni müqaviləyə imza atmış İsmayıl Zülfüqarlı isə “Turan Tovuz”a icarəyə verilib.

Gedənlərin əvəzində “Neftçi” Edvin Kuç (“Ballkani”, Kosovo), Emil Səfərov (“Qəbələ”), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə), Robert Bauer (“Əl-Tai”, Səudiyyə Ərəbistanı), Andrey Ştoqrin (“Çernomorets”, Ukrayna), Rüstəm Samiqullin (“Sabah”, icarə) və Rafael Quzzo (“Şaveş”, Portuqaliya) ilə güclənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: