“Araz-Naxçıvan”ın yeni transferi, Braziliyadan olan mərkəz yarımmüdafiəçisi Karlos Jatoba əməliyyat olunub.
Arena.az bu barədə Naxçıvan klubunun rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, yarımmüdafiəçi Türkiyənin İstanbul şəhərində axill tendon nahiyəsindən cərrahi müdaxiləyə ehtiyac duyub. Türkiyə millisinin həkimi Berkin Toker tərəfindən aparılan əməliyyat uğurlu alınıb. Oyunçu avqustun 27-də Bakıya qayıdacaq. Onun bərpa müddəti açıqlanmır.
Xatırladaq ki, Karlos Jatoba “Araz-Naxçıvan”a bu yay transfer olunub. Yarımmüdafiəçi mövsümün ilk turunda “Qarabağ”la matçda forma geyinib. 28 yaşlı futbolçu 1:4 hesabıyla uduzduqları oyunda 90 dəqiqə meydanda olub.


