“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp futbol üçün darıxmadığını, amma komandasının futbolçuları üçün darıxdığını bildirib.
Arena.az ESPN portalına istinadən məlumat verir ki, alman mütəxəssis “qırmızılar”ın niderlandlı kapitanı, müdafiəçi Vircil van Deykin timsalında bunu səmimi etiraf edib.
“Van Deyk inanılmaz oyunçu və insandır. Onlar üçün (“Liverpul”un oyunçuları üçün – redaktorun qeydi) darıxmağımın səbəbi budur. Mən iş üçün darıxmıram, amma bütün bu insanlar üçün darıxıram. Gələcəkdə görüşlər təşkil edə, ünsiyyət qura biləcəyik”, deyə Klopp ümidlə bildirib.
Xatırladaq ki, Yurgen Klopun son klubu ötən mövsümün sonunda tərk etdiyi “Liverpul” olub. Alman mütəxəssis məşqçiliyə fasilə vermək istəyib, asudə vaxtını isə ailəsinə və şəxsi həyatına sərf etməyə ehtiyac görüb.
Yurgen Klopp əvvəllər Dortmund “Borussiya”sı və “Maynts”ı da çalışdırıb.


