Anton Krivotsyuk 90 dəqiqə oynadı, 3 xala sevindi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 29-cu turu çərçivəsində “Qvanqyu” ilə qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 2:0.

Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 78-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Daejeon Hana Sitizen” 29 turdan sonra topladığı 31 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda 29 oyunda 7 qələbə qazanıb, 10 heç-heç edib, 12 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 54 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 37 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: