İnzaqi: “Manester Siti” ilə oyun intiqam qarşıdurması olmayacaq”

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqası əsas mərhələsinin “Mançester Siti” ilə 1-ci tur oyunundan gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu, 2023-cü il finalının intiqam qarşıdurması olmayacaq, o tamamilə fərqli bir hekayə idi. Bu, Çempionlar Liqasındakı ilk oyunumuz olacaq. Biz bacardığımızı ortaya qoymaq istəyirik. Bilirik ki, bu, güclü rəqibdir, dünyanın ən yaxşılarından biridir. Hər iki mərhələdə yaxşı oynamalı, bir-birimizə kömək etməyə çalışmalıyıq. Onların çox bacarıqlı futbolçuları var.

Biz başa düşürük ki, indi tövbə zamanı deyil. İstanbuldakı finaldan sonra heç nəyə peşman deyiləm – uşaqlar bacardıqlarını vermişdilər. Əlbəttə, qəm-qüssədən ölmüşdük, amma futbolda tez-tez olduğu kimi, onda nəticəni müəyyən edən məhz ayrıca məqamlar olmuşdu”, deyə İnzaqi bildirib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2022/2023-cü illər mövsümünün fnalında “Mançester Siti” onu həmin oyunda bir çox xüsusda üstələmiş “İnter”i 1:0 hesabı ilə çətinliklə məğlub edərək, tarixində ilk bu mötəbər yarışın qalibi olmuşdu.

Çempionlar Liqasının cari mövsümündə “Mançester Siti” “İnter”i bu gün, sentyabrın 18-də qonaq qəbul edəcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: