İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın “Barselona”nı 500 min avro məbləğində cərimələsi qərarını qüvvədə saxlayıb.
Arena.az bu barədə İdman Arbitraj Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat verir.
Xatırladaq ki, UEFA “Barseona”nı klubun yol verdiyi maliyyə pozuntularına görə cərimələmişdi.
CAS müəyyən edib ki, “blauqrana” maliyyə ədaləti qaydalarının iki bəndini pozub, ona görə də cərimə tamamilə əsaslıdır. 2023-cü ilin iyulunda UEFA, maliyyə nəzarəti komitəsinin birinci palatasının klubların fəaliyyəti ilə bağlı hesabatını dərc edib. Palata “Barselona”ya qeyri-maddi aktivlərin satışından əldə edilmiş mənfəətə dair düzgün hesabat verilməməsinə görə 500 min avro məbləğində cərimə kəsib. Kataloniya klubu bu qərardan apellyasiya şikayəti verib, amma 2023-cü ilin noyabrında apellyasiya şikayəti rədd edilib.
“Barselona” 9 oyundan 24 xalla cari mövsüm İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir.


