Abbas Hüseynov: “Sumqayıt”la oyuna ciddi hazırlaşırıq”

“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov klubun rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, Premyer Liqanın 21-ci turunda qarşılaşdıqları “Keşlə” ilə matçı (1:1) şərh edib.

25 yaşlı futbolçu növbəti turda qarşılaşacaqları “Sumqayıt”la oyuna ciddi hazırlaşdıqlarını deyib:

“Keşlə” ilə oyunumuz olduqca gərgin mübarizə şəraitində keçdi. Oyuna yaxşı köklənmişdik. Qalib gələ bilməsək də, sona qədər mübarizə apardıq və bir xal qazandıq. Fikrimcə, oyunumuz yaxşı alındı. “Keşlə” öz evində yaxşı mübarizə aparan komandadır.

Növbəti matçımız evdə “Sumqayıt”la olacaq. Bu oyunumuz da çətin keçəcək. Görüşə olduqca ciddi hazırlaşırıq. Əsas oyunçularımızdan zədəli olanlar var. Buna baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşıb, müsbət nəticə qazanmaq istəyirik”.

Qeyd edək ki, aprelin 11-də “Azərsun Arena”da baş tutacaq “Qarabağ” – “Sumqayıt” oyununa saat 19:15-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: