Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) 1/8 final mərhələsinin cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, F qrupunda 3-cü turun oyunlarından sonra pley-offda üz-üzə gələcək komandalar dəqiqləşib.
Qeyd edək ki, bu raundun qarşılaşmaları 29 iyun – 2 iyul aralığında keçiriləcək. İyunun 27-də və 28-də isə yarışda istirahət günləridir.
Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
AÇ-2024
1/8 final
29 iyun
20:00. İsveçrə – İtaliya
23:00. Almaniya – Danimarka
30 iyun
20:00. İngiltərə – Slovakiya
23:00. İspaniya – Gürcüstan
1 iyul
20:00. Fransa – Belçika
23:00. Portuqaliya – Sloveniya
2 iyul
20:00. Rumıniya – Niderland
23:00. Avstriya – Türkiyə


