AÇ-2024: Azərbaycan millisinin yekun heyəti açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsi üçün yekun heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, millimizin baş məşqçisi Aqil Nəbiyev noyabrın 13-dən 22-nə qədər Lüksemburqda təşkil ediləcək seçmə mərhələ oyunları üçün 20 futbolçu seçib.

Azərbaycan millisinin yekun heyətində bu futbolçular yer alıblar:

  1. Xəyal Fərzullayev – Sumqayıt
  2. Rəvan Mirzəmmədov – Sabah
  3. Əkbər Eyubov – Səbail
  4. Murad Musayev – MOİK
  5. Rüfət Abbasov – Neftçi
  6. Saleh Süleymanov – Cəbrayıl
  7. Arzu Atakişiyev – Kəpəz
  8. Uğur Səfərov – Qarabağ
  9. Fəxri Məmmədli – Sabah
  10. Murad Ələkbərov – Zirə
  11. Adəm Topalov – Səbail
  12. Murad Məmmədov – Neftçi
  13. Sadiq Şəfiyev – Turan Tovuz
  14. Eşqin Əhmədov – Qəbələ
  15. Ravil Qafarov – Qəbələ
  16. Şahin Şahniyarov – Qəbələ
  17. Xəyyam Məmmədli – Qəbələ
  18. Sənan Ağalarov – Qəbələ
  19. Edqar Adilxanov – Şamaxı
  20. Nihad Əhmədzadə – Sumqayıt

Qeyd edək ki, Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində Bosniya və Herseqovina, Niderland və Lüksemburq yığmaları ilə bir qrupda mübarizə aparacaq. Millimiz noyabrın 15-də bosniyalılarla, 18-də hollandlarla, ayın 21-də isə meydan sahibləri ilə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutan komandalar elit raunda vəsiqə qazanacaqlar.

Millimizin oyunlarının təqvimini və təyinatları diqqətinizə çatdırırıq:

Azərbaycan – Bosniya və Herseqovina
Baş hakim: Mikkel Redder (Danimarka).
Baş hakimin köməkçiləri: Rene Risum (Danimarka), Kevin Stammet (Lüksemburq).
Dördüncü hakim: Loik Thomas (Lüksemburq).
15 noyabr. Stade de la Frontiere. Saat 19:00.

Niderland – Azərbaycan
Baş hakim: Yoonas Yaanovits (Estoniya).
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Kevin Stammet (Lüksemburq).
Dördüncü hakim: Loik Thomas (Lüksemburq).
18 noyabr. Viltz. Saat 19:00.

Lüksemburq – Azərbaycan
Baş hakim: Yoonas Yaanovits (Estoniya).
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Denis Emelyançikov (Belarus).
Dördüncü hakim: Dmitri Dmitriyev (Belarus).
21 noyabr. Viltz. Saat 21:00.

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: