Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, 12-ci oyun günündə daha 2 qarşılaşma baş tutub.
Bu gün C qrupunda da mübarizəyə yekun vurulub. Qrup mərhələsinin sonuncu turu çərçivəsində Danimarka millisi Serbiya ilə, İngiltərə yığması da Sloveniya ilə üz-üzə gəlib. Münhen və Köln şəhərlərində təşkil olunmuş bu görüşlərin start fiti saat 23:00-da səslənib.
Bu qrupda bütün komandaların mərhələ adlamaq şansı qalırdı. Məhz bu səbəbdən hər iki oyunun maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcəyi şübhə doğurmurdu. Maraqlıdır ki, hər iki qarşılaşma gərgin keçməsinə rəğmən, qolsuz yekunlaşıb.
Yekunda İngiltərə millisi qrup birincisi kimi 1/8 finala yüksəlibsə, Danimarka yığması 3 xalla 2-ci yeri tutub. Sloveniya yığması da qrup mərhələsini 3 xalla başa vurub və 3-cü olub. 2 xal toplamış Serbiya yığması üçün isəə Avropa çempionatı başa çatıb.
Xatırladaq ki, daha öncə Almaniya, İspaniya, Portuqaliya və Avstriya yığmaları qrup birincisi kimi 1/8 finala vəsiqə qazanmışdılar. İsveçrə, İtaliya və Fransa yığmaları isə qrup ikincisi kimi növbəti mərhələyə adlayıblar. Niderland da ən yaxşı qrup üçüncülərindən biri kimi buna nail olub.
AÇ-2024
C qrupu
25 iyun
Danimarka – Serbiya 0:0
Baş hakim: Fransua Leteksye (Fransa).
Münhen. “Alyans Arena”.
İngiltərə – Sloveniya 0:0
Baş hakim: Kleman Turpen (Fransa).
Köln. “Reyn Energi” stadionu.
Xallar: İngiltərə – 5. Danimarka – 3. Sloveniya – 3. Serbiya – 2.


