Futbol üzrə Serbiya və Sloveniya yığmaları Almaniyada keçirilən 17-ci Avropa çempionatında (AÇ-2024) növbəti oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.
7-ci oyun gününün ilk matçında Serbiya və Sloveniya yığmaları üz-üzə gəliblər. Münhen şəhərində keçirilən matçda qalib müəyyənləşməyib. Görüşdə hesabı 69-cu dəqiqədə Yan Karniçnik açıb. 90+5-ci dəqiqədə isə Luka Yoviç yekun hesabı müəyyənləşdirib.
C qrupunun digər oyununda Danimarka millisi İngiltərə yığmasını sınağa çəkəcək. Frankfurt şəhərinin ev sahibliyi etdiyi bu qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Xatırladaq ki, ilk turda İngiltərə yığması Serbiyanı 1:0 hesabıyla məğlub etmişdi. Sloveniya – Danimarka matçında isə qalib müəyyənləşməmişdi – 1:1.
Günün daha çox maraq doğuran qarşılaşması B qrupunda yer almış İspaniya və İtaliya yığmaları arasında baş tutacaq. B qrupunun görüşü Gelzerkirxen şəhərində keçiriləcək və saat 23:00-da başlayacaq. İspanlar ilk turda Xorvatiyanı 3:0, italyanlar isə Albaniyanı 2:1 hesabıyla məğlub etmişdilər. Albaniya və Xorvatiya yığmaları arasında ötən gün baş tutan oyunda isə qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, bu Avropa çempionatında hələlik yalnız meydan sahibi Almaniya yığması qrupdan çıxmağı təmin edib.
AÇ-2024
C qrupu
20 iyun
Sloveniya – Serbiya 1:1
Qollar: Yan Karniçnik, 69 – Luka Yoviç, 90+5.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, “Alyans Arena”.
Xal: İngiltərə – 3. Sloveniya – 2. Danimarka – 1. Serbiya – 1.


