19 yaşadək futbolçulardan ibarət (U-19) Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki sonuncu – üçüncü oyununda Lüksemburqla üz-üzə gəlib.
Hansı ki, yığmamızın yer aldığı 11-ci qrupun oyunlarına məhz sözügedən ölkə ev sahibliyi edirdi. Millimizin meydan sahibləri ilə qarşılaşmasına Bakı vaxtı ilə saat 21:00-da start verilib.
Qrupun digər oyununda Niderland Bosniya və Herseqovinanı sınağa çəkib. Bu görüş də eyni saatda başlayıb.
U-19 yığmamız qələbə qazanacağı təqdirdə, elit-raunda vəsiqə qazana bilərdi. Bunun üçün Bosniya və Herseqovinanın məğlub olması da lazım idi. Bosniyalıların millimizlə xalları bərabər olacağı təqdirdə, ilk olaraq top fərqinə, daha sonra isə vurulan toplara baxılacaqdı. Düzdür, bosniyalılar itkisiz irəliləyən Niderlanda 3 cavabsız qolla uduzublar. Lakin təəssüf ki, yığmamız da Lüksemburqla görüşdə məğlubiyyətə üzülüb.
Xatırladaq ki, daha öncə Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən Azərbaycan millisi Niderlanda da 1:2 hesabı ilə uduzmuşdu. Bu nəticələrdən sonra yığmamız 1 xalla qrup sonuncusu olub.
AÇ-2024-ün seçmə mərhələsi
11-ci qrup
18 noyabr
Lüksemburq – Azərbaycan 2:1
Qollar: Ceyson Videyra, 8. Ayman Dardari, 57 – Şahin Şahniyarov, 84.
Baş hakim: Yoonas Yaanovits (Estoniya).
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Denis Emelyanchikov (Belarus).
Dördüncü hakim: Dmitri Dmitriyev (Belarus).
Terrain Poetz stadionu. Saat 21:00.
Lüksemburq: 1. Joao Marqato, 2. Lenni Oliveyra, 3. Fabio Lohey, 4. Massimo Aqostinelli, 5. Sofiane İkene, 6. Huqo Afonso (k) (16. Kleyton İriqoyen, 89), 8. Tim Flik, 9. Ceyson Videyra (20. Liam Nurenberq, 89), 10. Ayman Dardari (17. Tomas Soukard, 89), 11. Balsa Perkovik (18. Ronaldo Maçado, 61), 15. Dieqo Duarte (14. Lukas Sever, 70).
Ehtiyat oyunçular: 12. Ben Kohnen, 7. Cordan Barbalinardo, 13. Robin Moutsçen, 19. Tomas-Le Desurmont.
Baş məşqçi: Mario Mutsç.
Azərbaycan: 12. Xəyal Fərzullayev, 2. Eşqin Əhmədov (17. Adəm Topalov, 90+1), 3. Rüfət Abbasov (k), 5. Murad Musayev, 6. Murad Ələkbərov (8. Fəxri Məmmədli, 83), 7. Murad Məmmədov (4. Arzu Atakişiyev, 83), 9. Sənan Ağalarov (19. Xəyyam Məmmədli, 65), 10. Edqar Adilxanov (21. Nihad Əhmədzadə, 65), 11. Sadiq Şəfiyev, 18. Şahin Şahniyarov, 20. Əkbər Eyubov.
Ehtiyat oyunçular: 1. Rəvan Mirzəmmədov, 13. Ravil Qafarov, 15. Saleh Süleymanov, 16. Uğur Səfərov.
Baş məşqçi: Aqil Nəbiyev.
Xal: Niderland – 9. Bosniya və Herseqovina – 4. Lüksemburq – 3. Azərbaycan – 1.


