AÇ-2024: U-19 yığmamızdan bosniyalılarla heç-heçə

19 yaşadək futbolçulardan ibarət (U-19) Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdə Bosniya və Herseqovina, Niderland və Lüksemburq yığmaları ilə birgə 11-ci qrupda yer alıb.

Bu qrupun oyunları Lüksemburqda təşkil edilib. Millimiz startda bosniyalılarla qarşılaşıb. Qarşılaşma qolsuz yekunlaşıb.

Azərbaycan millisi noyabrın 18-də hollandlarla, ayın 21-də isə meydan sahibləri ilə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutan komandalar elit raunda vəsiqə qazanacaqlar.

AÇ-2024-ün seçmə mərhələsi
11-ci qrup
15 noyabr

Azərbaycan – Bosniya və Herseqovina 0:0
Baş hakim: Mikkel Redder (Danimarka).
Baş hakimin köməkçiləri: Rene Risum (Danimarka), Kevin Stammet (Lüksemburq).
Dördüncü hakim: Loik Tomas (Lüksemburq).
“Stade de la Frontiere”. Saat 19:00.

Azərbaycan: 12. Xəyal Fərzullayev, 2. Eşqin Əhmədov, 3. Rüfət Abbasov (k) (13. Ravil Qafarov, 74), 5. Murad Musayev, 6. Murad Ələkbərov, 7. Murad Məmmədov, 10. Edqar Adilxanov (8. Fəxri Məmmədli, 66), 11. Sadiq Şəfiyev (17. Adəm Topalov, 90+2), 18. Şahin Şahniyarov, 19. Xəyyam Məmmədli (9. Sənan Ağalarov, 66), 20. Əkbər Eyubov.
Ehtiyat oyunçular: 1. Rəvan Mirzəmmədov, 4. Arzu Atakişiyev, 15. Saleh Süleymanov, 16. Uğur Səfərov, 21. Nihad Əhmədzadə.
Baş məşqçi: Aqil Nəbiyev.
Bosniya və Herseqovina: 1. Arman Şutkoviç, 4. Savo Şuşiç, 5. Nidal Çelik, 7. Amar Zahiroviç (19. Petar Samardziya, 90+5), 9. David Çamber, 10. Niko Kovaç (k), 11. Hamza Lyukovaç (8. Marko Kozina, 88), 13. Marsel Zrniç, 15. Muarem Hamziç, 20. Senad Mustafiç, 17. Stefan Marçetiç (21. Məhəmməd Beydiç, 73).
Ehtiyat oyunçular: 22. Tarik Kariç, 3. Amir Durakoviç, 6. Kenan Muharemoviç, 14. Antoni Baykuşa, 23. Matey Stoyçiç.
Baş məşqçi: Dubravko Orloviç.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: