Azərbaycanın U-19 millisi bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində mübarizəyə start verib. Arena.az xəbər verir ki, 2-ci qrupda yer alan komandamız ilk matçında Bolqarıstan yığması ilə qarşılaşıb.
Bolqarıstanın Albena şəhərində baş tutan oyunda yığmamız son dəqiqə qolu ilə məğlub olub. Belə ki, 90+3-cü dəqiqədə penaltidən vurulan yeganə qol bolqarlara 3 xal qazandırıb.
Bu gün 2-ci qrupun digər oyununda Türkiyə yığması Lüksemburqla məhsuldar heç-heçəyə razılaşıb – 4:4.
Azərbaycanın U-19 millisi qrupdakı növbəti oyununu sentyabrın 24-də Türkiyə yığmasına qarşı keçirəcək.
AÇ-2025-in seçmə mərhələsi
2-ci qrup
21 sentyabr
Azərbaycan – Bolqarıstan 0:1
Qol: Antoan Stoyanov, 90+3-pen.
Baş hakim: Joonas Jaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Aron Harsing (Estoniya), Egill Gudvardur Gudlaugsson (İslandiya).
Dördüncü hakim: Helgi Mikael Jonasson (İslandiya).
21 sentyabr. Albena. Saat 18:00.
Azərbaycan: 1. Həsənov Sahib, 4. Rüstəmov Emin, 5. Ramazanov İbrahim, 6. Süleymanlı Ayxan (15. Kərimov Cavad, 63), 8. Şahniyarov Şahin, 10. Axundzadə Nəriman, 11. Quliyev Nicat (k) (13. Hacıyev Ceyhun, 63), 17. Ədilxanov Edgar, 19. Abbasov Rufat, 21. Səfərov Qurban, 23. Ağayev Samir.
Ehtiyat oyunçular: 12. Fərzullayev Xəyal, 3. Rəşidov Nuğay, 7. Ağayev Mahmud, 9. Salyanski Ağadadaş, 14. Məmmədov Musa, 16. Musayev Nurlan, 18. Şəfiyev Sadiq.
Baş məşqçi: Miloş Velebit.
Bolqarıstan: 12. Plamen Plamenov Andreev (k), 3. Todor Pavlov, 4. Rosen Marinov, 5. Valentin Petrov (8. Asen Mitkov, 46), 6. Martin Georgiev, 7. Nikolay Zlatev, 10. Krasian Bozhidarov Kolev (17. Pavel Petrov Zhabov, 88), 11. Borislav Rupanov (15. Miroslav Kalinov Marinov, 46), 21. Nikolay İvanov Zhelyazkov (2. Rosen Bozhinov, 66), 22. Antoan Stoyanov, 16. Dimitar İvanov (20. Nedzhib Hadzha, 66).
Ehtiyat oyunçular: 1. David Borissov, 9. Boris Dimitrov, 14. Teodor İvanov, 18. Chung Nguyen Do.
Baş məşqçi: Angel Stoykov.
Xal: Bolqarıstan – 3, Türkiyə – 1, Lüksemburq – 1, Azərbaycan – 0.


