Çimərlik futbolu üzrə Azərbaycan yığmasının Gürcüstanda keçiriləcək Avropa çempionatının (AÇ-2026) B Liqasında keçirəcəyi oyunların təqvimi açıqlanıb.
Arena.az bu barədə Azərbaycan Çimərlik Futbolu Federasiyasına istinadən xəbər verir.
Bildirilir ki, millimiz bu turnirdəki ilk qarşılşamasını iyulun 15-də İngiltərə yığmasına qarşı keçirəcək. Sahib Məmmədovun baş məşqçi olduğu komanda iyulun 16-da Slovakiya yığmasıyla, bir gün sonra isə Latviya seçməsi ilə üz-üzə gələcək.
İngiltərə ilə görüşə Bakı vaxtı ilə 18:30-da start veriləcək. Digər iki qarşılaşmaya isə 19:30-da start veriləcək.
Qeyd edək ki, AÇ-2026 iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində təşkil olunacaq. Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.


