AÇ: Azərbaycanın U-19 millisinin rəqibləri bəlli oldu

Azərbaycanın U-19 millisinin növbəti Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub. Arena.az xəbər verir ki, bu gün final mərhələsi 2023-cü ildə Maltada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən, Azərbaycanın U-19 millisi Türkiyə, Bolqarıstan və Lüksemburq komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.

Qrup mərhələsinin oyunları gələn ilin sentyabr ayında Bolqarıstanda təşkil olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: