Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Liqanın 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Karvan” – “Mingəçevir” oyununda “Karvan”ın futbolçusu Müşfiq Teymurov rəqib azarkeşlərə qarşı qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb. “Karvan” klubu buna görə 350 manat cərimə edilib. Oyunun 65-ci dəqiqəsində “Mingəçevir”in qapıçısı Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Mingəçevir” klubu buna görə 300 manat cərimə edilib. Oyunun 67-ci dəqiqəsində “Mingəçevir”in futbolçusu Elvin Əlizadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Mingəçevir” klubu buna görə 300 manat cərimə edilib. Oyunun 67-ci dəqiqəsində “Mingəçevir”in məşqçisi Sönməz Quliyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Mingəçevir” klubu buna görə 150 manat cərimə edilib. “Mingəçevir”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Mingəçevir” klubu 80 manat cərimə edilib. “Mingəçevir”in azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Mingəçevir” klubuna xəbərdarlıq edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib.
“Zaqatala” – “İrəvan” oyununda xərəkdaşıyan uşaqların sayı ilə bağlı əsasnamənin tələbləri pozulduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilib.
“Araz Saatlı” – “İmişli” oyununda “Araz Saatlı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı” klubu 70 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilib. Oyun günü planının tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilib. PFL-in Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilib.


