Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra İkinci Liqanın 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Şəmkir” – “Ağdaş” oyununda “Şəmkir”in 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş”ın futbolçusu Habil Məmmədli ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Onun klubu isə 150 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” klubu 80 manat cərimə edilib.
“Cəbrayıl” – “Kür-Araz” oyununda “Cəbrayıl”ın formasında qüsurlar olduğuna görə oyun gec başladığı üçün sözügedən klub 80 manat cərimə edilib. “Kür-Araz”ın da formasında qüsurlar olduğuna görə oyun gec başladığı üçün sözügedən klub 80 manat cərimə edilib.
“Füzuli” – “Şəfa” oyununda “Füzuli”nin futbolçusu Əziz Hüseynov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Onun klubu isə 50 manat cərimə edilib.
“Göygöl” – “Dinamo” oyununda “Dinamo”nun 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Şəki Siti” – “Şahdağ Qusar” oyununun 90+1-ci dəqiqəsində “Şəki Siti”nin futbolçusu Ramin İsmayılov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Şəki Siti”nin digər futbolçusu Nicat İmaməliyev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.
Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəki Siti” klubu 80 manat cərimə edilib. Şəki klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Şəki Siti”yə xəbərdarlıq edilib.


