AFFA “Göygöl”lə hakimi təhqir edən futbolçunun cəzasını açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan İkinci Liqasının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Füzuli” – “Göygöl” oyununda “Göygöl”ün futbolçusu Vüqar Əşrəfli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Göygöl” klubu buna görə 300 manat cərimə edilib.

“Baku Sportinq” – “Qusar” oyununda “Qusar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Qusar klubu 70 manat cərimə edilib.

“Şəki Siti” – “Kür-Araz” oyununda “Kür-Araz”ın 7 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Şəki Siti”nin futbolçusu Süleyman Rauflu meydançada 4 nömrəli futbol formasında oynadığına görə klubu 100 manat cərimə edilib. “Şəki Siti”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Şəki klubu 80 manat cərimə edilib. “Şəki Siti”nin azarkeşləri tərəfindən rəqib futbolçular kütləvi şəkildə təhqir edildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Şəki klubu 50 manat cərimə edilib.

“Şəmkir” – “Kürmük Qax” oyununda topdaşıyanlar topla artıq rəftarlar etdiyinə görə “Şəmkir” klubu 50 manat cərimə edilib. Bu oyunda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Şəmkir” klubu 50 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: